Gəncədə sirkə turşusu içən qadın ağır vəziyyətdə Bakıya gətirildi

Gəncədə sirkə turşusu içən qadın ağır vəziyyətdə Bakıya gətirildi

Gəncə şəhərində 50 yaşlı qadın sirkə turşusu içib. SİA xəbər verir ki, şəhər sakini, 1975-ci il təvəllüdlü İradə Məhərrəmova evində olan sirkə turşusunu içməsi nəticəsində zəhərlənib. İ.Məhərrəmovaya ilkin tibbi yardım göstəriləndən sonra o, təcili yardım briqadası ilə Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Qadının vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin baş vermə səbəbi ilə bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə