Göyçayda avtomobil motosikletlə toqquşdu: 28 yaşlı sürücü həyatını itirdi - FOTOLAR
Göyçayd minik avtomobili motosikletlə toqquşub, sürücü ölüb. SİA xəbər verir ki, hadisə günorta saatlarında şəhər ərazisində baş verib. Qəza nəticəsində motosikletin sürücüsü – 28 yaşlı Kamil Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlayıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə