Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb. SİA-nın yerli bürosu məlumat verir ki, hadisə şəhərin Koroğlu prospektində yerləşən müəssisələrin birinin daxilində baş verib.
Əraziyə toplanan məişət tullantıları yanır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə