Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yaşayış binasında yanğın olub. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallara Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 46kv.m. olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10kv.m sahədə yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 4-ü uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə