Lənkəranda marketdə baş verən partlayışda yanıq xəsarətləri alan satıcı Bakıya göndərilib. SİA xəbər verir ki, bu gün səhər saatlarında Lənkəranda baş verən partlayış nəticəsində 1 nəfər xəstəxananın təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Xəsarət alanın bədəninin müxtəlif nahiyələrində bir və ikinci dərəcəli termiki yanıq olub. Həmin şəxs müalicəsinin davamı üçün Bakıdakı Yanıq Mərkəzinə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə