Lənkəranda yanıq xəsarətləri alan satıcı Bakıya göndərilib

28 May 2025 13:52 (UTC+04:00)

Lənkəranda marketdə baş verən partlayışda yanıq xəsarətləri alan satıcı Bakıya göndərilib. SİA xəbər verir ki, bu gün səhər saatlarında Lənkəranda baş verən partlayış nəticəsində 1 nəfər xəstəxananın təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Xəsarət alanın bədəninin müxtəlif nahiyələrində bir və ikinci dərəcəli termiki yanıq olub. Həmin şəxs müalicəsinin davamı üçün Bakıdakı Yanıq Mərkəzinə göndərilib.