Xətai rayonunda avtomobil qəzası baş verib

Xətai rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) SİA-ya verilən məlumata görə, qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə