Şamaxıda zəlzələ olub

Mayın 15-də Pirqulu stansiyasından 15 km şimalda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya bildiriblər ki, yerli vaxtla saat 03:14-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,2-yə bərabər olub. Ocağı 5 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə