Sumqayıtda yük maşını qadın piyadanı vuraraq öldürüb.SİA-nın məlumatına görə, hadisə şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Hənifə Nəsib qızı Qənbərovanı yük avtomobili vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə