Sumqayıtda yük maşını qadın piyadanı vuraraq öldürüb

3 May 2025 14:22 (UTC+04:00)

Sumqayıtda yük maşını qadın piyadanı vuraraq öldürüb.SİA-nın məlumatına görə, hadisə şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Hənifə Nəsib qızı Qənbərovanı yük avtomobili vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.