Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə gecə saatlarında Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verib.
1986-cı il təvəllüdlü Ramin Həsənov "Kia Rio" markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında beton dirəyə çırpılıb və daha sonra eyni istiqamətdə hərəkətdə olan 1997-ci il təvəllüdlü Elman Cəbrayılovun idarə etdiyi idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində xəsarət alan Həsənov Ramin xəstəxanaya çatdırılarkən yolda ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə