Qarlı havada xəsarət alan 24 nəfər Təcili Tibbi Yardıma müraciət edib

Ötən gecədən bu gün saat 10:00-a qədər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə əlverişsiz hava şəraiti ilə əlaqədar 24 nəfərin (14-ü qadın, 10-u kişi cinsli olmaqla) müraciəti qeydə alınıb. SİA xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onlardan 23 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub, 1 nəfər isə hospitalizasiyadan imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə