Naxçıvanın bir hissəsinin suyu KƏSİLƏCƏK

Naxçıvan şəhərinin bir hissəsinə içməli suyun verilişi dayandırılacaq. SİA Naxçivan şəhər Sukanal İdarəsinə istinadən bildirir ki, şəhərin Əliqulu Qəmküsar küçəsi, həmçinin Babək məhəlləsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəza ilə bağlı su təminatında bu gün saat 10:00-dan 17:00-dək fasilə yaranacaq.

İşlər bitdikdən sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə