Şahbuz rayonunda qarın hündürlüyü 22 sm olub. Bu barədə SİA-ya Naxçıvan Muxtar Respublikası (MR) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, fevralın 21-i saat 07:00-da Naxçıvan şəhərinə, Ordubad rayonunun Parağaçay, Nürgüt Şahbuz rayonunun Kükü, Biçənək, Şərur rayonunun Axura, Culfa rayonunun Ərəfsə, Göydərə istiqamətlərinə və digər yüksək dağlıq ərazilərə qar yağıb.
Qarın hündürlüyü Naxçıvan şəhərində 10, Ordubad şəhərində 5, Parağaçayda 13, Nürgütdə 12, Culfa şəhərində 3, Göydərədə 14, Ərəfsədə 11, Şahbuz şəhərində 8, Biçənəkdə 11, Küküdə 22, Şərur şəhərində 7, Axurada 11, Kəngərli rayonunda 8, Sədərək rayonunda isə 8 sm olub.
Qeyd edək ki, muxtar respublikada qarlı hava şəraiti fevralın 23-nə kimi davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə