Xəsarətlə nəticələnən 7 yol qəzası qeydə alınıb

Ötən gün ölkə ərazisində xəsarətlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, hadisə nəticəsində ölüm və ağır xəsarət halları baş verməyib:

"Son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə qarlı və buzlu yollar nəqliyyatın təhlükəsiz hərəkətinə təsir göstərir. Bununla əlaqədar, yol polisi sürücülərə və piyadalara müraciət edərək diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır. Yol və hava şəraitinə uyğun hərəkət sürətini seçin. Qış təkərlərindən istifadə edin və nəqliyyat vasitənizi texniki cəhətdən saz vəziyyətdə saxlayın. Yol hərəkəti qaydalarına riayət edin və təhlükəli manevrlərdən çəkinin".

Qeyd olunub ki, piyadalar yalnız müəyyən edilmiş piyada keçidlərindən istifadə etməlidir: "Görünməni artırmaq üçün qaranlıq saatlarda açıq rəngli və ya işıq əks etdirən geyimlər geyinin. Yollarda ehtiyatlı olun və nəqliyyat vasitələrinin hərəkətinə diqqət yetirin. Umutmayaq ki, yol hərəkətinin təhlükəsizliyi hamımızın məsuliyyətidir!"

Bütün xəbərlər Facebook səhifəmizdə