Bakıda mebel sexi yanıb. Bu barədə SİA-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonunda ümumi sahəsi 220 m² olan sexin yanar konstruksiyaları 120 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə