Tərtərdə binada yanğın olub

Tərtər şəhərində yanğın olub. FHN-in Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, şəhərdə ikimərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 88 m² olan 5 otaqlı mənzilin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə