Masallı sakini ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində ölüb. SİA-nın verdiyi xəbərə görə, hadisə Masallı rayonunun Qarğalıq kəndində baş verib.
İlkin məlumata görə, kənd sakini Ayxan Əzizov qonşusunun evində odlu silahla ehtiyatsız davranıb və silahdan açılan atəş nəticəsində ölüb.
Qeyd edək ki, Ayxan Əzizov Azərbaycan Ordusunun giziri, şəhid Elvin Əzizovun oğludur. Elvin Əzizov Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.
Bütün xəbərlər Facebook səhifəmizdə