SOCAR təhlükəsizlik tədbirlərini gücləndirib

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Bu barədə SİA SOCAR- a istinadən xəbər verir.

Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.

“Bütün sahələrdə məlumatlandırma aparılır, mövcud vəziyyət nəzarət saxlanılır”, deyə məlumatda qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə