2024-cü ildə Naxçıvan Muxtar Respublikasında (MR) 448 yanğın hadisəsi olub, 21 hərbi sursat aşkarlanıb. SİA xəbər verir ki, bu barədə məlumat Naxçıvan MR Fövqəladə Hallar Nazirliyində (FHN) 2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan Kollegiya iclasında açıqlanıb.
İclasda qeyd olunub ki, ötən il ərzində “112” qаynаr telefon хəttinə 111 min 955 zəng dахil оlub. Nazirliyin aidiyyəti qurumları tərəfindən 448 yanğın hadisəsinə çıxışlar olub, aşkar edilən 21 hərbi sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazilərdən götürülərək kənarlaşdırılıb və yanğın hadisələrinin qarşısının çevik alınaraq yayılıb ağır fəsadlarla nəticələnməsinə imkan verilməyib.
Yanğın təhlükəsizliyinin etibarlı təmin olunması və yanğına qarşı vəziyyətin yaxşılaşdırılması məqsədilə 3 min 159 diqqətli və nəzəri yoxlamalar aparılıb, 155 təhlükə pоtеnsiallı оbyеktdə texniki təhlükəsizliyə əməl olunması məqsədilə baxış kеçirib, prоfilaktiki tədbirlər görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə