Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində həyətdən sursat tapılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sabunçu rayonu ərazisində keçirilən profilaktik tədbirlər nəticəsində Pirşağı qəsəbə sakini yaşadığı evin həyətində tapdığı 9 ədəd yararsız mərmini, 2 ədəd siqnal minasını, 1 ədəd rabitə qurğusunu, 7 ədəd patron darağını və 907 ədəd müxtəlif çaplı patronu könüllü olaraq polisə təhvil verib.
Bütün xəbərlər Facebook səhifəmizdə