Bakıda yaşayış binasında yanğın baş verib - VİDEO

Bakı şəhəri, Xətai rayonunda yerləşən yaşayış binasında yanğın baş verib. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 1000kv.m. olan, taxta konstruksiyadan ibarət ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə, həmçinin qonşu mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın ikinci mərtəbəsində yerləşən sahəsi 56kv.m. olan 3 otaqlı mənzilin mətbəxi 12kv.m. və dam örtüyünün yanar konstrukiyaları 50kv.m. sahədə yanıb.

Mənzilin və dam örtüyünün qalan hissəsi, qonşu mənzillər yanğından mühafizə olunub.

https://youtu.be/PMm9FMAq1J4

Bütün xəbərlər Facebook səhifəmizdə