Sumqayıtın bəzi hissələrində suyun verilişində fasilə yaranıb

Sumqayıt şəhərinin bəzi hissələrində suyun verilişində fasilə yaranıb. SİA-ya Sumqayıt Sukanal İdarəsindən verilən məlumata görə, Ceyranbatan qəsəbəsi ərazisində magistran d1000mm-lik su kəmərində baş vermiş qəza ilə əlaqədar Sumqayıt şəhərinin bir hissəsində su təminatı dayandırılıb.

Qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra saat 21:00-dan etibarən, suyun verilməsi mərhələli şəkildə həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə