Yevlaxda avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib. SİA-nın məlumatına görə, fevralın 7-də Yevlax rayonunda 2005-ci il təvəllüdlü Əlamdar Sultanovu "Mercedes" markalı avtomobil vurub.
O, ağır xəsarətlərlə Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Lakin göstərilən tibbi yardımlara baxmayaraq, o, fevralın 13-də orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə