Hədiyyə qutularında istehlakçı hüquqlarının pozulmasına səbəb olan faktlar - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bayram günlərində sağlam qidalanmanın təmin edilməsi məqsədilə Yeni il hədiyyə qutuları ilə bağlı aparılan monitorinqlər zamanı 1288 ədəd bağlamada istehlakçı hüquqlarının pozulmasına səbəb olan faktlar aşkarlanıb. Agentlikdən SİA-ya bildirilib ki, satışda olan 940 ədəd “Маша и Mедведь” əmtə nişanlı şokoladlı popkorn məhsullarının qablaşmasında istehsalçı tərəfindən iki fərqli son istifadə tarixi qeyd olunduğu, istehsalçının qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, həmçinin 348 ədəd müxtəlif adda hədiyyə qutusunun etiket məlumatındakı məhsullarla içərisindəki məhsulların son istifadə tarixlərinin fərqli olduğu müəyyən edilib. Nəticədə 940 ədəd hədiyyənin etiket məlumatlarının dəyişdirilməsi təmin edilmədiyindən satışdan kənarlaşdırılıb.
Hazırda monitorinqlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə