Bakıda qadın dəm qazından boğularaq ölüb

Bakıda qadın dəm qazından boğularaq ölüb. SİA xəbər verir ki, hadisə Binəqədi rayonu, 28 May qəsəbəsində qeydə alınıb.

1966-cı il təvəllüdlü Vəfa İbrahimova yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə