Gənc qız yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, motosiklet yolu keçən 2007-ci il təvəllüdlü Talıbova Zülfiyyə Atif qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə