Sumqayıtda ötən gün baş verən partlayış zamanı şok keçirən qonşu qadın bu gün ölüb. SİA xəbər verir ki, Sumqayıt şəhəri 13-cü mikrorayon ərazində yaşayış binasında dekabrın 3-də baş verən partlayış zamanı hadisənin qeydə alındığı mənzillə qonşu olan evdə yaşayan 1952-ci il təvəllüdlü qadın bu gün həyatını itirib.
İlkin məlumata görə, sözügedən hadisənin şokundan ayılmayan qadın ürəktutmadan ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə