Noyabr ayı ərzində dövlət sərhədində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 177 kiloqram 299 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 6018 ədəd həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb. SİA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilən mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 1 milyon 738 min 172 manat оlan qaçaqmal, о cümlədən gecəgörmə cihazı, dərman vasitələri, spirtli içkilər, tütün məmulatları, "Makarov" PM silahının darağı və ona məxsus patronlar aşkar olunaraq götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə