Bu il 13 milyon 174 min manat dəyərində narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO
“Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının sərhəd zastavalarında yaradılmış müasir tələblərə cavab verən texniki imkanların artırılması nəticəsində 2024-cü ildə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı 301 sərhəd pozucusu, 134 rejim pozucusu saxlanılıb”. SİA xəbər verir ki, bu barədə DSX rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov Sərhəd Qoşunları Komandanlığının “Şəmkir” sərhəd dəstəsində keçirilən mətbuat konfransında deyib.
DSX rəisinin müavini vurğulayıb ki, eyni zamanda, ümumi çəkisi 1 ton 148 kiloqram narkotik vasitə və 30 min 38 psixotrop həb aşkarlanaraq qeyri-qanuni dövriyyədən çıxarılıb, ümumi dəyəri 13 milyon 174 min 694 manat təşkil edib.
“Son zamanlar müxtəlif uçuş aparatlarından istifadə etməklə ölkə ərazisinə narkotik vasitələrin keçirilməsinə cəhdlər olub. DSX tərəfindən görülmüş tədbirlər nəticəsində uçuş aparatlarının saxlanılması təmin olunub, narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb”, - deyə general-leytenant Araz Məmmədov əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə