Gəncədə 37 yaşlı kişi bıçaqlanıb

Gəncədə 37 yaşlı kişi bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə şəhərdə fəaliyyət göstərən bazarlarların birində qeydə alınıb.

Belə ki 1987-ci il təvəllüdlü Araz Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə 37 yaşlı kişi tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə