Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 18-də ümumi çəkisi 105 kiloqrama yaxın artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1 kiloqramdan artıq heroin, 103 kiloqrama yaxın marixuana, 217 qram metamfetamin, 709 qram tiryək, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 1390 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB