İdman jurnalisti Vasili Utkin dünyasını dəyişib

İdman jurnalisti Vasili Utkin dünyasını dəyişib

Məşhur idman şərhçisi və jurnalist Vasili Utkin 53 yaşında vəfat edib. Bu barədə onun həmkarı İvan Karpov məlumat verib. SİA xəbər verir ki, RBC Sport-un mənbəsi bu məlumatı təsdiqləyib.

İlkin məlumatlara görə, jurnalist bu gün günorta ağciyər emboliyasından dünyasını dəyişib. Utkin təcili xəstəxanaya yerləşdirilib.

Həkimlər Utkinə kəskin damar çatışmazlığı diaqnozu qoyublar. O, süni nəfəs aparatına qoşulub.

Həkimlər şərhçinin həyatı üçün mübarizə aparsalar da, onu xilas edə bilməyiblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə