Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub

Martın 14-də saat 15 radələrində Abşeron rayonu ərazisində “BMW” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sürücü Anar Məmmədxanovun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunduğundan barəsində protokol tərtib edilib.

Məhkəmənin qərarı ilə A.Məmmədxanov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün inzibati qaydada həbs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə