DGK 228 min ABŞ dollarının qanunsuz ölkədən çıxarılmasının qarşısını alıb

DGK 228 min ABŞ dollarının qanunsuz ölkədən çıxarılmasının qarşısını alıb

Ötən il Dövlət Gömrük Komitəsi (DGK) qanunvericiliyin tələblərini pozaraq, Azərbaycanın gömrük sərhədindən 227,9 minABŞ dolları məbləğində vəsaitin keçirilməsinin qarşısını alıb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Bundan başqa, gömrük əməkdaşları 7,8 minavro, 7,6 milyon rus rublu, 2,303 milyonmanat dəyərində 7,7 min ədəd qızıl zinət əşyaları, 1 504 qram qızıl, 251,8 min manat dəyərində 5 899 ədəd gümüs zinət əşyaları və 59,5 min qram gümüs kütlələr (külçə), 59,9 min manat dəyərində 37,7 karat qiymətli daşlar, 97,3 min manat dəyərində 5 ədəd qızıl saat aşkar edib.

Bütün xəbərlər Facebook səhifəmizdə