Bakının Suraxanı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1978-ci il təvəllüdlü Samirə Rüstəmova və övladı, 1998-ci il təvəllüdlü Rüstəmov İbrahim Seyidağa oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə paytaxtda yerləşən özəl xəstəxanaların birinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB