Goranboyda bıçaqlanma hadisəsi baş verib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qəsəbə adlanan ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb.1993–cü il təvəllüdlü Namiq İsalı bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB