Yeniyetmə qaçırdığı maşınla qəza törətdi

Yeniyetmə qaçırdığı maşınla qəza törətdi

Avqustun 2-də saat 16 radələrində Naxçıvan şəhəri ərazisindən “Audi” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Naxçıvan ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobilin şəhər sakinləri Rəhman Həsənov və bir yeniyetmə tərəfindən qaçırılması, idarə edilərkən “QAZ-3110” markalı avtomobilə vurulması müəyyən olunub.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən R.Həsənov və həmin yeniyetmə saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə