Lənkəranda minik avtomobili yanıb.
SİA-nın əldə etdiyi məlumata görə, hadisə yeni Ələt-Astara magistralının Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Qazax rayon Aşağı Salahlı kənd sakini, 1987-ci il təvəllüdlü Natiq Vəli oğlu Mehdiyevə məxsus "Khazar" markalı avtomobil naməlum səbəbdən yanıb. Sürücü mühərrikin anidən alışdığını bildirib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub.
Yanğın qısa zamanda söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB