Polis əməkdaşı qida zəhərlənməsindən həyatını itirib

Polis əməkdaşı qida zəhərlənməsindən həyatını itirib

Mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib.
DİN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, o həyatını itirib.
Araşdırma aparılır.

Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə