Bakıda avtomobil beton səkiyə çırpılıb

Bakıda avtomobil beton səkiyə çırpılıb

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi olub.

SİA APA-ya istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Opel" və "Toyota Prius" markalı avtomobilləri toqquşub.

Nəticədə idarəetməni itirən "Opel" markalı avtomobilin sürücüsü körpünün üzərindəki beton səkiyə çırpıb.

Avtomobil yararsız hala düşüb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə