Sosial şəbəkərlərdə Bakı Dövlət Sirkində tamaşa zamanı heyvanların aqressiv davranışının qorxulu anlara səbəb olması ilə bağlı görüntülər yayılıb.
SİA APA-ya istinadən xəbər verir ki, sirkdə səhnə ilə tamaşaçılar arasında qoruyucu sərhəd var. Ona görə də sözügedən hadisə zamanı tamaşaçılar üçün hər hansısa təhlükə olmayıb.
Həmçinin qeyd olunub ki, heyvanların aqressiv reaksiya verməsinə səbəb tamaşaçılardan birinin tamaşa boyu lazer vasitəsilə onların gözünə işıq salması olub.
"Bir daha Bakı Dövlət Sirkinin tamaşaçılarından xahiş olunur ki, sirkdə tamaşa zamanı heyvanları bu cür qıcıqlandıracaq hərəkətlərə yol verilməsin".
O da əlavə olunub ki, heyvanların bu cür aqressiv hərəkəti ilk dəfə baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB