Bugün saat 21 radələrində Şəki şəhəri H.Əliyev prospektində “KİA” markalı avtomobil yolu keçən piyada, 1958-ci il təvəllüdlü Ramazan Qafarlını vurub.
SİA APA-ya istinadən xəbər verir ki, xəsarət alan R.Qafarlı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB