Bakıda yol qəzası olub, gənc qadın ölüb.
SİA xəbər verir ki, hadisə Bakı şəhəri, Binəqədi-Mehdiabad yolunda qeydə alınıb.
Belə ki, Xədicə Allahverdiyevanın idarə etdiyi "Mercedes" markalı avtomobillə Rauf Abbasovun idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşub. Nəticədə avtomobildə sərnişin olan 1995-ci il təvəllüdlü Xumarǝ Hüseynova aldığı xəsarətlərdən hadisə yerində ölüb, X.Allahverdiyeva isə müxtəlif dərəcəli xəsarətlər alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB