Yük avtomobili piyadanı vuraraq öldürüb

Yük avtomobili piyadanı vuraraq öldürüb

Göyçayda yük avtomobili yolun kənarında piyadanı vuraraq öldürüb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya bildirilib ki, Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon sakini Emil Osmanov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Kürdəmiş kəndi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan piyada, 1969-cu il təvəllüdlü Eldar Zülfüqarovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə