14 saylı Xəzər seçki dairəsi 79,40 faiz

14 saylı Xəzər seçki dairəsi 79,40 faiz

Bu gün keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub. SİA-nın verdiyi məlumata görə, saat 17:00-a olan məlumata əsasən seçici fəallığının ən yüksək olduğu dairə 14 saylı Xəzər seçki dairəsidir. Bu seçki dairəsidə 51117 seçicidən 40588-i (79.40%) artıq səsvermədə iştirak edib.

Saat 17:00 olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 30 saylı Suraxanı Birinci Seçki dairəsidir. Bu seçki dairəsində 37205 seçicidən 19224-ü (51.67%) səsvermədə iştirak edib.

Qeyd edək ki, saat 17:00 olan məlumata görə, 5 milyon 314 min 365 seçicidən 3 716 135 nəfəri (69,93%) səsvermədə iştirak edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə