Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsi prezident seçkiləri öncəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Qubaxəlilli və Gəraybəyli kəndlərində seçicilərlə görüş keçirib.
Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova açaraq qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 15 ildə milli yüksəlişin şərəfli mərhələsini yaşayır. Bu müddətdə ölkə rəhbəri xalqın mütləq əksəriyyətinin rəğbətini qazanıb. Xalqımız Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olmasına tam əmindir və inanır ki, İlham Əliyev ölkəmizi Heydər Əliyev yolu ilə daha işıqlı gələcəyə aparır. Bir çox dövlətlərin çatışmazlıqlara, böhranlara məruz qaldığı bir dövrdə Azərbaycan daha sürətlə inkişaf edir, əhalisinin həyat səviyyəsi ildən-ilə daha da yüksəlir.Aparılan infrastruktur layihələrinin nəticəsində ölkəmiz daha da inkişaf edir, gözəlləşir. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Dünyanın aparıcı iqtisadi və maliyyə qurumları hazırda Azərbaycanın uğurlarını qeyd edir, bütün hesabatlarda ölkəmiz öncül mövqelərdən birini tutur.
Tədbirdə çıxış edən yerli təbliğat qrupunun nümayəndələri Valeh Salehov, Hafız Kərimov, Şəfaqət Rəsulov qeyd etdilər ki, sosial yönümlü siyasət son 15 ildə Azərbaycanın milli inkişaf yolunu səciyyələndirən mühüm istiqamətlərdən birinə çevrilmişdir. Dövlət başçısı insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirmişdir. Cənab İlham Əliyevin hər iki prezidentlik dövrünün ən böyük uğurlarından biri də Azərbaycan kəndinə şəhər simasının gətirilməsi olmuş, cənubdan şimala, şərqdən qərbə çoxsaylı yaşayış məntəqələrində yeni sosial-mədəni obyektlər - ən müasir tələblərə cavab verən yeni məktəblər, səhiyyə ocaqları, körpülər, yollar tikilmişdir.
Daha sonra çıxış edən Qubaxəlilli kənd sakinləri Hüseyn Həsənov, Vüqar Hüseynov, Sevda Bağırlı, Gəraybəyli kənd sakinləri Kamilə İsayeva, Ağamövsüm Hacıyev qeyd etdilər ki, cənab Prezident İlham Əliyevin çoxşahəli fəaliyyəti xalqın gözü qarşısındadır. Biz fəal seçicilər olaraq bu seçkilərdə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə başçısı cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək onun bu seçkilərdə də Onun qalibiyyəti üçün əlimizdən gələni əsirgəməyəcəyik. Cənab Prezidentin ölkəmizin inkişafı və çiçəklənməsi naminə gördüyü işlər göz qabağındadır və biz seçicilər ölkəmizin gələcəyi naminə görülən bu işlərə biganə qala bilmərik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB