Ucar seçiciləri: Xalqın Lideri "İlhamla irəli!"

Yeni Azərbaycan Partiyasının Ucar rayon təşkilatı təbliğat-təşviqat çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ucar rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri dünən seçicilərlə növbəti görüşü rayonun Boyat kəndində keçirmişlər.

Tədbiri giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsinin və YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, Cənab İlham Əliyev intellekti, istedadı və şəxsiyyəti bütöv vəhdət təşkil edən liderdir. İntellektlə istedadın, elmlə istehsalatın, ənənə ilə novatorluğun üzvi vəhdətinə, yaradıcı sintezinə nail olmaq qabiliyyəti, Azərbaycanın dünəni, bu günü və sabahına sonsuz, sarsılmaz sədaqət - bunlar Cənab İlham Əliyevi hər kəsə sevdirən keyfiyyətlərdir. Şəhla Abdullayeva qeyd etdi ki, partiyamızın bu günə kimi seçicilərlə keçirilən görüşləri, onu deməyə əsas verir ki, 11 apreldə xalqımız hamılıqla prezidentliyə namizəd Cənab İlham Əliyevə səs verəcək.

Təbliğat qrupunun üzvləri Alı Babayev və Milli Məclisin deputatı Vüsal Hüseynov çıxış edərək, Yeni Azərbaycan Partiyasının Sədri, Cənab İlham Əliyevin Prezidentiyi dövründə Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna sadiq qalması, bu siyasi kursun müasir dövrün tələblərinə uyğun formada həyata keçirilməsi və bunun da nəticəsində, müstəqil Azərbaycanın regionun ən güclü dövlətinə çevrilməsi, eyni zamanda, ölkədə həyata keçirilən misilsiz abadlıq-quruculuq işlərindən və infrastruktur layihələrindən söz açdılar. Çıxış edənlər seçiciləri Cənab İlham Əliyevə səs verməyə çağırdılar.

Görüşdə, seçicilər adından Bəylər Mirzəyev və Nərminə Kərimova çıxış edərək, Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub- saxlanılan müstəqilliyimizin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilməsi və onun əbədiliyinin təmin edilməsinin qürurverici hiss olduğunu vurğuladılar. Onlar qeyd etdilər ki, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən məqsədyönlü siyasət əminliklə deməyə əsas verir ki, "Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir!"

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ucar rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri növbəti görüşü rayonun Bərguşad kənd seçiciləri ilə keçiriblər.

Tədbiri giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsinin və YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, Prezident İlham Əliyev müstəqil Azərbaycanı tərəqqiyə qovuşduran və firavan gələcəyə aparan liderdir. Şəhla Abdullayeva qeyd etdi ki, hər bir azərbaycanlı xoş gələcəyə, yüksək rifaha və dövlətin müstəqilliyinin əbədi olması naminə 11 aprel tarixində "İLHAMLA İRƏLİ" söyləyəcəkdir.

Təbliğat qrupunun üzvləri Alı Babayev və Milli Məclisin deputatı Vüsal Hüseynov çıxış edərək, bildirdilər ki, Azərbaycan xalqı ictimai-siyasi və sosial-iqtisadi həyatının yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır.

Seçicilər adından İlahə Süleymanova və Bəxtiyar Yunusov çıxış edərək, Azərbaycan xalqı Cənab İlham Əliyevə inanır, Onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə