Vəfadar Misirov onlayn tədbirdə çıxış edib

18 avqust 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzinin icraçı direktoru Vəfadar Misirov Astana Dövlət Qulluğu üzrə Regional Xabın keçirdiyi onlayn tədbirdə iştirak edib. SİA xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin icraçı direktoru, Dövlət Qulluğu üzrə Astana Regional Xabın təsis etdiyi İdarəetmədə Transformasiya və Yeniliklər üzrə Öyrətmə Alyansının üzvü Vəfadar Misirov Dövlət Qulluğu üzrə Astana Regional Xabın (Regional Xab) və Qazaxstanın Türküstan şəhərində yerləşən Xoca Əhməd Yasəvi adına Qazax-türk Beynəlxalq Universitetinin dəvəti ilə 18 avqust 2021-ci il tarixində Türküstan Dövlət İdarəçilik Yay Məktəbində onlayn şəkildə keçirilmiş tədbirdə “Dövlət qulluğunda motivasiya və meritokratiya” mövzusunda mühazirə oxuyub.

İcraçı direktor dövlət qulluğu sistemində motivasiyanın artırılması üsulları və meritokratiya prinsipinin tətbiqi sahəsində Azərbaycanda aparılan islahatlardan danışıb, eyni zamanda DİM‑in fəaliyyət istiqamətləri haqqında tədbir iştirakçılarınа geniş məlumat verir və müzakirələr zamanı verilən sualları cavablandırılıb.

Dövlət idarəçiliyi sahəsində bilik və təcrübə mübadiləsi məqsədini daşıyan bu tədbirdə Şimali Makedoniya, Gürcüstan, Türkiyə kimi ölkələrdən dövlət qulluğu sahəsi üzrə müətəxəssislər “COVID-19-dan sonrakı dövr”, “Rəqəmsallaşma və elektron hökumət”, “Gender bərabərliyi” və digər mövzularda çıxış edərək müzakirələr aparıblar.

Qeyd edək ki, Astana Regional Xabı 2013-cü ildə üzv dövlət kimi Azərbaycanın da iştirakı ilə yaradılıb, ölkələr arasında dövlət qulluğu sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rol oynayır, dövlət qulluğu sistemlərinin inkişaf etdirilməsi üçün toplanmış təcrübə mübadiləsini həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə