"İmtahandan xaric olunma və iştirak etməyənlər də var" - TƏHSİL MÜTƏXƏSSİSİ AÇIQLADI

“Bu gün üçüncü ixtisas qrupu üzrə qəbul imtahanının ikinci mərhələsi keçirilib. Ümumi imtahanda 20 min abituriyent iştirak edib. İmtahan sualları çox çətin olmayıb. Faktiki olaraq, imtahandan çıxan uşaqlardan aldığımız bilgi əsasında bunu deyə bilirik”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, ümumi olaraq burada Azərbaycan dili, ədəbiyyat və tarix fənnindən imtahan keçirilir: “Maksimum bal 400-dür. Burada 150 bal Azərbaycan dili, 150 bal tarix, 100 bal isə ədəbiyyat fənni üzrədir. İmtahan saat 13:00 da başa çatıb. Başa çatdıqdan sonra isə bütün nəticələr toplanıb emal prosesi aparılır. İki həftə ərzində cavabların elan olunması nəzərdə tutulur”.

Elçin Əfəndi sözlərinə belə davam edib: “İmtahandan xaric olunma və iştirak etməyənlər də var. Hələ ki, say bəlli deyil. Bu barədə DİM statistika aparıb məlumat verəcək. Həmçinin, imtahanın pozulmasına şərait yaradan abituriyentlər də olub”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə